Zaur Darğallı bahalaşmış gediş haqqı fonunda tələbələrə verdiyi vədi yerinə yetirəcəkmi
Marneuli-Tbilisi istiqamətində hərəkət edən nəqliyyatda gediş haqqı bahalaşıb. İndiyə kimi biletin qiyməti 2 lari idisə, indi bu məbləğə 50 tetri də əlavə olunub. Qeyd edilməlidir ki, Marneulili tələbələrin əksəriyyəti hər gün Marneulidən Tbilisiyə getməli olurlar.

Bu isə böyük xərc tələb edir. Marneuli meri Zaur Darğallı seçki proqramı çərçivəsində Marneulili tələbələrə “Marneuli” radiosunun efiri vasitəsilə vəd verdi ki, xüsusi güzəştli nəqliyyat paketi olacaq.


Artıq mer seçilmiş Zaur Darğallı bu gün bizimlə telefonla müsahibəsi zamanı qeyd etdi ki, onun vədi qüvvədə qalır, ancaq indiki mərhələdə məsələ hazırlıq prosesində olduğu üçün konkret nə isə deməkdən çəkinir.

“Plan qüvvədədir. Biz yaxın gələcəkdə gənclərin inkişaf strategiyasını elan edəcəyik. Orada komponentlərdən biri məhz tələbələrə dəstək olacaq. Bu müxtəlif dəstək proqramlarında və gediş haqqında meriya tərəfindən göstərilən dəstəkdə özünü göstərəcək”, - Zaur Darğallı bildirir.

Marneuli merinin dediyinə görə meriya tərəfindən hazırlanan strategiyanın hansı kateqoriyaya aid tələbələrə şamil olunması və hansı əsas istiqamətləri əhatə etməsi ilə bağlı məlumat yaxın gələcəkdə veriləcək və təqdimat keçiriləcək.
Print Email
FaceBook Twitter Google