İmedinin kanalında Marneuli meriyası tərəfindən verilmiş qeyri-dəqiq məlumat efirə gedib, meriya isə “texniki çatışmazlığı” kəsib və səhifəyə elə yerləşdirib
Meriyaya “İmedinin” süjetinə düzəliş etmək niyə lazım olub?

Marneulili fəal Ravil Məmmədov Marneuli meriyasının rəsmi “Facebook” səhifəsində yayımlanan paylaşımda kiçik qeyri-dəqiqlik aşkarlayıb.



“İmedi” telekanalında Algeti kəndində aparılan infrastruktur layihəsi haqqında süjet efirə gedib. Aparıcı xəbərlərdə mətni oxuyur və deyir k, Algeti Şərabçılıq Təsərrüfatı məntəqəsində yol infrastrukturu qaydaya salınır və bunun üçün yerli büdcədən 4 000 000 lariyə qədər vəsait xərclənib.

21:18 წუთზე იმედის საინფორმაციო გამოშვებაში მარნეულის სოფელ ალგეთში
ღვინის მეურნეობის დასახლებაში მიმდინარე გზის დაგების შესახებ იფნორმაცია.


“İmedi”-də efirə getmiş materialın 21:18-ci dəqiqəsində Marneuli bələdiyyəsi Algeti Şərabçılıq Təsərrüfatı kəndində davam edən yolun bərpası işlərindən söhbət açılır.

Həmin süjet Marneuli meriyasının “Facebook” səhifəsində kiçik hissəsi kəsilmiş vəziyyətdə paylaşılıb. Aparıcının mətnində “dörd milyona qədər lari” ifadısi, “milyona qədər lari” ilə əvəz edilib.



Bu məsələni fəal Meriya tərəfindən məbləğlərin gizlədilməsi ilə əlaqələndirir.
Məsələni aydınlaşdırmaq üçün biz Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze ilə əlaqə saxladıq. O, bu məsələnin texniki səhv olduğunu dedi və bildirdi ki, “İmedi” televiziyasına press-relizi özləri göndəriblər.


Mətndə isə dörd milyon lari səhv qeyd olunub. Meriya “İmedi” televiziyasının süjetini paylaşmağa yenə də qərar verib, ancaq səhvi özləri düzəldiblər.

Algeti Şərabçılıq Təsərrüfatının yolunun bərpası üçün isə meriya 380 000 lariyə yaxın vəsait ayırıb.



Məlumatı dəqiqləşdirildikdən sonra montaj edilmiş süjet Marneuli meriyasının “Facebook” səhifəsindən silinib.

Print Email
FaceBook Twitter Google