"Hakimiyyət prosesin fasilitatorudur, qərar verəni deyil" - Qoqa Qiğuradze prioritetlər sənədi haqqında

Marneuli Meriyası 2020-2023-cü illərin prioritetlər sənədinin hazırlanması məqsədi ilə əhali arasında sorğular keçirməyə başlyıb.

Sorğuya gənclər fəal şəkildə qoşulublar və onlar sorğu anketi vasitəsilə kəndlərində olmasını istədikləri üç əsas prioritetli istiqaməti seçirlər.

"Marneuli" radiosu özünüidarətmə məsələləri üzrə ekspert Qoqa Qiğuradze ilə müsahibə yazıb. O, prioritetlər sənədinin əsas əhəmiyyətindən danışıb. Qiğuradzenin dediyinə görə, yerli əhəmiyyət daşıyan məsələlərin əhali tərəfindən qəbul edildikdə nəticə əldə edilmiş olacaq.

“Bələdiyyənin maddi imkanları nə qədər az olarsa bir o qədər uzunmüddətli planlaşdırma alətlərindən istifadə edilməyə ehtiyac var. Əgər mən qısamüddətli perspektivdə problemi həll edə bilmirəmsə o zaman üç illik inkişaf planı lazımdır. Plana uyğun şəkildə hərəkət edəcəksiniz və konkret nəticə əldə edəcəksiniz. Prioritetlər sənədi vacibdir ona görə ki, vətəndaşlar hakimiyyətlə razılaşıblar. Hakimiyyət yalnız prosesin fasilitatorudur. O qərar qəbul edən deyil. Qərar qəbul edən əhalidir”
– Qoqa Qiğuradze deyir.

Qiğuradzenin sözlərinə görə, tez-tez prioritetlər sənədi formaldır və ondan təcrübədə büdcəsnin planlaşdırılması prosesində istifadə etmirik. Proqramın konkret məqsədi olmalıdır və ölçülməlidir.

“Deyək ki, Marneuli meri ilin sonunda çıxır və deyir ki, mən, məsələn, büdcəni, bu il planlaşdırılan işləri uğurla yerinə yetirdim. Bu uğurun nə ilə ölçüldüyü əhəmiyyətlidir. Bu konkret indikatorlarla ölçülməlidir. Harada olduğumuz öyərnilməlidir ki, faiz artımımızın olub olmamasını müqayisə edək. Bu baş vermir. Biz bələdiyyə xidmətləri istiqamətində vəziyyətimizi qiymətləndirmirik. Sonra heç cür uğurumuzu ölçə bilməyəcəyik. Haradan başladığımızı bilməsək haraya getməli olduğumuzu heç vaxt bilməyəcəyik” – Qoqa Qiğuradze deyir.

Qiğuradzenin sözlərinə görə, bütün bu suallara prioritetlər sənədi cavab verir. O, bir tərəfdən mövcud vəziyyəti qiymətləndirir və üç istiqaməti qeyd edir – haradan gəldik, haradayıq və hara gedirik. Əgər bu suala sənəd cavab vermirsə və meriya bundan büdcənin planlaşdırılmasında istifadə edəcəksə, o zaman məqsədə də az-az nail olmuş olarıq.

"Marneuli" radiosu bələdiyyənin meri Zaur Darğallıya sual verdi ki, indi sorğu siyahısında olan məsələlərin prioritetlər sənədində başqa cür göstərilməsini planlaşdırırlar ya yox.

“Demək istəyirəm ki, biz birinci il asan formada sorğu keçirməyə başladıq. Bu pilot ilidir. NDİ-ın (Milli Demokratik İnstitut) dəstəyi ilə bunların hamısını həyata keçiririk və analiz komponentdi də nəzərə alınıb. Gələn il üçün biz daha da çətin formada sorğu keçirməyi planlaşdırırıq. Orada yalnız infrastruktur layihələri deyil həm də vətəndaşların özlərinin qoşulmasına istiqamətlənən məsələlər də olacaq” – Zaur Darğallı deyir.

Əhali arasında prioritetlərin sorğusu prossinə təqribən 150 könüllü qoşulub.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google