Gürcüstan Parlamenti Təcrübə proqramına başlayıb
Gürcüstan Parlamentinin "Gənclərlə İş Birliyi" üzrə Regional Komitəsi yüz nəfər tələbə üçün yenidən təcrübə proqramı elan edir.

1 il ərzində davam edən təcrübə proqramında yalnız Gürcüstan azərbaycanlıları iştirak edə bilərlər. Layihə yalnız 1-ci və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub.

Təcrübə proqramında iştirakçılar Dövlət müəssisələrində çalışan iş adamları ilə görüşmək imkanı qazanacaqlar. Layihədə ayrı-ayrılıqda iştirak edən gürcü və azərbaycanlı tələbələr birlişərək öz mədəniyyətlərini nümayiş etdirəcək və debatlarda iştirak edəcəklər.

Layihənin Marneulili rəhbəri Təmkin Nağıyevin sözlərinə görə, tələbələr dövlət müəssisələrində işlədikləri zaman iş təcrübəsi ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırlar. O, deyir ki, bu proqramda iştirak etmək tələbələrin gələcək iş həyatına müsbət təsir göstərəcək.

“Layihənin məqsədi odur ki, sabahkı gün, bizim gənclər dövlət müəssisələrində işlədikləri zaman təcrübə ilə bağlı problemləri olur. Gənclər tək dövlət adamları ilə deyil, eyni zamanda Avropa ölkələrinin Gürcüstandakı səfirləri ilə də görüşəcəklər”, -
Təmkin Nagıyev dedi.


Qeyd edək ki, Təcrübə proqramı dövlət tərəfindən təşkil olunub. 1 il ərzində davam edən proqramda 1 ay tətil olur. Proqram çərçivəsində tələbələr intellektual yarışlarda iştirak edəcək və yay düşərgələrinə gedəcəklər.

Təcrübə proqramında fəal şəkildə iştirak edən tələbələrə sonda sertifikatlar təqdim olunacaq.

Xatırladaq ki, 1500 tələbənin iştirakı ilə ötən il də baş tutan Təcrübə proqramında Gürcüstan azərbaycanlılarından, Marneulidən Təmkin Nağıyev, Kaxetidən isə Elvin Tağıyev qatılmışdır.

Qeyd: Proqrama qoşulmaq istəyən tələbələr facebook vasitəsi ilə593-93-34-13 layihənin rəhbəri Təmkin Nağıyevlə əlaqə saxlaya bilərlər.


Print Email
FaceBook Twitter Google