Marneuli Mədəniyyət evinin qarşısında yerləşən
görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun heykəli qəzalı
vəziyyətə düşüb.Büstün yerləşdiyi beton konstruksiyanın
üzərinə vurulan daş piltələr düşüb və düşən piltələr isə yerində
yoxdur. Büstün özündə də bəzi hissələrdə dağılmalar müşahidə edilir
və onun da bərpa olunmasına ehtiyac var.
N.Nərimanov heykəlinin yaxın günlərdə təmir olunub olunmaması ilə
bağlı Marneulinin meri Zaur Darğallı ilə əlaqə saxladıq. O, bizimlə
söhbəti zamanı bildirdi ki, Marneulidə yerləşən parkların təmiri,
bərpası ilə bağlı konkurs elan edib və konkurs nəticəsində bütün
parklarda təmir işləri görüləcək.
“Biz Marneulidə olan parklarla bağlı konkurs elan
etmişik. Əlbəttə ki, parkda olan abidə və parkın özü təmirdən
keçəcəkdir. Mənim təşəbbüsümlə konkurs elan edirik. Konkursun
nəticəsi aydın olduqdan sonra 2020-ci ilin büdcəsində hamısı nəzərə
alınacaq”, - Zaur Darğallı bildirdi.
Z.Darğallı həmçinin qeyd etdi ki, konkursla bağlı məlumat meriyanın
rəsmi səhifəsində də paylaşılıb.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166