Marneulidə elektrik dirəyində yanğın baş verib (VİDEO/FOTO)
16:18 / 18.09.2019
Bu
gün, 18 sentyabr tarixində təxminən saat 15:40 radələrində,
Marneulidə Rustaveli 60 ünvanında yanğın baş verib.
Hadisə zamanı elektrik dirəklərinin üzərində yerləşən sayğac
alışaraq yanıb. Hadisə yerinə yanğın söndürənlərlə birlikdə
Energo-pronun əməkdaşları cəlb olunub və qısa zamanda yanğının
qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən “Marneuli” radiosuna verilən
məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın
söndürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanğınla bağlı
heç bir cinayət işi açılmayıb.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166