Müxtəlif fənn müəllimlərindən kənar qalan Marneuli məktəbləri
Şaumian kəndinin 1 saylı ictimai məktəbində cari tədris ilində bir dəfə də olsun kimya dərsi keçirilməyib.

Məktəbdə 251 şagird var və kimya müəllimi yoxdur. Dörd sinifin şagirdləri, həmçinin, 12-ci siniflər fənn üzrə təhsil almırlar. Onlar kimyanın tədrisini bu il başa vurmalıdırlar. Fənn müəllimi Gürcüstan hakimiyyətin təqaüdçü müəllimlərə təklifindən sonra məktəbdən ayrılıblar. Şaumianinin 1 saylı ictimai məktəbinin daha altı müəllimi də belə qərar verib.

Məktəbin direktoru Artuş Urumyan “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tədris ili başlayanadək 7 vakant yerə qəbul elan ediblər.

“Vakant yerlərdən 6-sı tutulub, müəllim qəbul etmişik, lakin kimya müəllimi tapa bilmirik. Yaxın məktəblərdə də kadr yoxdur. Kiməsə uşaqlara heç nə öyrətmədən sadəcə maaş almaq üçün saat verməyi düşünmürəm. Necə olacaq, bilmirəm. Nazirliyə də bu barədə məlumat vermişəm, dedilər ki, yanvaradək gözlə, bəlkə kimsə müəllim sertifikatı alıb gəlir”,
– məktəb direktoru Artuş Urumyan deyir.

Direktor məktəbin müəllim axtarışının nə qədər davam edəcəyini və kimya dərsinin nə qədər müddət keçirilməyəcəyini bilmir. Artuş Urumyan sevinir ki, yeni qəbul olunan altı müəllim həmin məktəbin məzunlarıdır və hamısı gürcü dilini bilir.

Müəllim tapılmayan Marneuli məktəblərində fənləri başqa müəllimlərə bölüblər və buna görə onlar qrafikdən artıq iş görməli olurlar.

Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Omarov deyir ki, bələdiyyə miqyasında məktəbi 261 pedaqoq tərk edib. Ümumi hesabda 29 məktəbdən 110 müəllimlik vakansiyası elan edilmişdi.

“Milli tədris planı ilə kimya, fizika və bu kimi fənnlər ikinci semestrdə keçirilə bilər. Yəni, əgər məktəb kimya müəllimi qəbul edə bilmədisə, o zaman bir semestr ərzində kimya dərsi keçirilməyəcək, əvəzində həmin dərslər gələn semestrdə əvəz olunacaq. Heç bir saat itməyəcək” – Kənan Ömərov deyir.

Resurs Mərkəzin rəhbəri qeyd etdi ki, müəllimsiz qalmış məktəblərin sayı çox deyil. Yaxın günlərdə bütün müəllim vakansiyalarına görə yenidən müsabiqə elan olunacaq.

"Marneuli" radiosu Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin yaranmış bu vəziyyətə baxışını müəyyən etməyə çalışdı, ancaq cavab ala bilmədik.



"Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google