Marneulidə iki bağça Avropa İttifaqının maliyyə dəstəyi ilə təmir olunacaq
Avropa İttifaqının maliyyə dəstəyi ilə Tamarisi və Tsereteli bağçalarında ayaqyolu təmir olunacaq. “Kasıblığın aradan qaldırılması üçün su” layihəsi Qafqaz Ekoloji Qeyri Hökumət təşkilatları şəbəkəsi CENN tərəfindən həyata keçirilir. Qrant müsabiqəsi çərçivəsində yazılmış üç layihədən ikisi maliyyələşdirilib. Demək olar ki, hər iki bağça eyni problemlə üzləşib, əl-üz yuyan və unitazların əksəriyyəti sıradan çıxıb. Uşaqlar ayaqyolundan sərbəst istifadə edə bilmirlər. Unitazlar və əl-üz yuyanlar onların yaş kateqoriyası üçün nəzərdə tutulmayıb. İsti su problemi də var.

“Regionda cəmi üç layihə qalib gəlib, onlardan ikisi Marneuli bələdiyyəsi və WASH Şurası tərəfindən təqdim edilib. Üçüncü isə müstəqil layihə idi. Media və maarifləndirmənin artırılmasını nəzərdə tuturdu. Üstünlük mövzunun özünün aktuallığına görə verildi. WASH-un üstünlükləri əsas idi, eləcə də qadınların kənddə gücləndirilməsi və benefisiarların sayı, layihənin təcrid olunan qrupa aid olması da əhəmiyyət daşıyırdı”,
– CENN-nin layihə koordinatoru Mariko Tsikoridze deyir.

Tsikoridzenin sözlərinə görə, 2017-ci ildən yeddi bələdiyyədə “WASH şuraları“ yaradılıb. Onlar arasında Marneuli də var, ancaq ötən il Marneuli layihənin həyata keçirilməsi imkanını faktiki olaraq itirdi.

“Ötən il Marneulinin “WASH şurası” müəyyən qədər büdrəyirdi, 2019-cu ilin yayında qrup yeniləndi. Şura yenidən seçildi və olduqca yaxşı başladılar və bu layihələrə də təsir göstərdi. Birinci şura mülki şəxslərdən və bir hissəsi QHT-dən ibarət idi. İkinci WASH şurası isə özünüidarəetmə nümayəndələri, media, QHT üzvlərindən və fəal vətəndaşlardan təşkil olundu” - Mariko Tsikoridze deyir.

Qrant müsabiqənin məqsədi Gürcüstanın 7 bələdiyyəsində (Dmanisi, Marneuli, Tetricğaro, Axmeta, Saqareco, Laqodexi) aztəminatlı və təcrid edilmiş çoxmillətli icmaların əhalisinin sağlamlığının qorunması və yaşam şəraitlərinin yaxşılaşdırılmasına dəstək olmaqdır. Layihə çərçivəsində cəmi altı təşəbbüs maliyyələşib. Hər birinin maksimum dəyəri 2000 avrodur. Bələdiyyədə həyata keçiriləcək işlərə texniki məsələlər həll olunduqdan sonra başlanılacaq.

Print Email
FaceBook Twitter Google