Acınacaqlı şəraitdə tədris – Şaumianidə qəza vəziyyətində olan məktəb binası
Şaumianinin 1 saylı ictimai məktəbi iki binada yerləşdirilib. Onlardan biri keçən əsrin ortalarında, digəri isə on doqquzuncu əsrin sonunda tikilib. 1899-cu ilin tikilisinin fərqli arxitekturu var: böyük dördkünc daşlarla tkilmiş korpusun fasadının ikitərəfli pilləkanı var.



Borçalı polis şöbəsi üçün tikilmiş və 1992-ci ildə məktəbə çevrilmiş bina görünüşü ilə də fərqlənir. Binaya daxil olan kimi böyük sahə və hündür tavan gözə dəyir. Ancaq elə orada xarab olmuş döşəmə, yağışdan ləkələnmiş, uçmuş tavan, köhnəlmiş qapını da görürük.



Əsrdən çox tarixi olan bina yarım əsrdir təmir olunmayıb. Dam örtüyü damır, sinif otaqlarının divarları tökülüb, uşaqların rəsmləri ilə ordan-burdan örtülüb. Uşaqlar qapıları düzəldə bilmirlər. İstəsəniz böyük açar yerindən bütün dərsi müşahidə edə bilərsiniz. Dövlət bayrağından da onları bağlamaq üçün istifadə olunub. Otaqların bir hissəsi tamamilə yararsızdır.

“Binada tavan da, qapı da, pəncərələr də, döşəmə də, hər şey dəyişdirilməlidir” – Şaumian 1 saylı ictimai məktəbinin direktoru Artuş Urumyan deyir.

Məktəb binasının təmiri tələbi ilə rəhbərlik Resurs Mərkəzə hər il məktub göndərir, Artuşun xatırladığına görə artıq 18 ildir. İndiyə kimi heç nə etmədilər, bina tədris prosesi üçün tamamilə yararsızdır.

İkinci korpusda müqayisədə yaxşı vəziyyətdir. Rəngli pilləkan, işıqlandırılmış dəhliz və uşaqların layihələri ilə boyanmış divarlar daha çox şən və qaydasına salınmış mühit yaradır. Ancaq yenə də hiss olunur ki, bina köhnədir və əsaslı təmirə ehtiyac duyur. İyirmi il ərzində bir dəfə, məktəbin müəyyən hissəsi təmir olunub.

“Dam örtüyü, pəncərələr və binaya giriş qapını yenilədik və həyətdə yeni ayaqyolu tikdik. Bu təqribən 4-5 ilə başa gəldi” - Artuş Urumyan deyir.

Marneuli bələdiyyəsinin resurs mərkəzinin rəhbəri Kənan Ömərov deyir ki, meriya Şaumian 1 saylı ictimai məktəbinin təmir ediləcəyini planlaşdırır.

“Yerli özünüidarə tərəfindən orada müəyyən bəpa işləri keçiriləcək. İki məktəb binasından birində dam örtüyünün dəyişdirilməsi, istilik sisteminin çəkilməsi və başqa şeylər planlaşdırılıb” - Kənan Ömərov deyir.

Kənan Ömərov onu da qeyd etdi ki, məktəbdə döşəmə və qapı-pəncərələr dəyişdiriləcək. Təmir işlərinin başa çatması 2020-ci il üçün planlaşdırılıb. Məktəbin yenilənməsi üçün nə qədər məbləğ sərf olunacaq məlum deyil. Ona qədər isə 251 uşaq qəzalı vəziyyətdə tədrisini davam etdirməli olacaq.

Print Email
FaceBook Twitter Google