Marneulinin Xancığazlı kəndinə təbii qaz verilib (FOTO)
12:44 / 27.09.2019
27
sentyabr tarixində Marneuli bələdiyyəsinin Xancığazlı kəndində
tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin
təntənəli açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri
Dursun Həsənov, Kvemo-Kartli vilayətinin qubernatoru Şota
Rexviaşvili, Marneuli bələdiyyəsinin meri Zaur Darğallı və
meriyanın əməkdaşları, Millət vəkilləri Ruslan Hacıyev və Tamaz
Naveriani həmçinin “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas”
şirkətlərinin rəhbərləri iştirak ediblər.
Bu haqda “Marneuli” radiosu Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR)
istinadən xəbər verir.
Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi “SOCAR Georgia Gas”
şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilmiş və
Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılmışdır.
Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma
tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii
qazdan istifadə imkanı əldə etmişdir. 86 ailənin evi artıq
qazlaşdırılmışdır. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox
ailə təbii qaz istifadəçisidir.
Həmin gün Kaspi bələdiyyəsinin Niqoza kəndində də yeni qazpaylayıcı
boru kəmərinin açılışı olmuşdur. Mərasimdə SOCAR-ın prezidenti
Rövnəq Abdullayev, Gürcüstan Qaz Nəqliyyat Şirkətinin baş direktoru
Caba Xmaladze, Şida Kartli vilayətinin qubernatoru Giorgi
Xocevanişvili, Kaspi bələdiyyəsinin rəhbəri Manuçar Merebaşvili,
”SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin
rəhbərliyi iştirak etmişlər.
Məlumat verilmişdir ki, Niqoza kəndindəki qazpaylayıcı xətt
Gürcüstan Qaz Nəqliyyat Şirkətinin sifarişi ilə tikilmişdir.
Uzunluğu 3 min metrdən artıq olan şəbəkənin istismarı “SOCAR
Georgia Gas” tərəfindən həyata keçiriləcəkdir. Görülən işlər
nəticəsində Niqoza kəndində 90 ailə təbii qazla təmin olunmuşdur.
Hazırda Şida Kartli regionunda 89 300 ailə təbii qazdan istifadə
edir.
2009-cu ildən etibarən “SOCAR Georgia Gas” şirkəti ümumilikdə 11
500 kilometrə yaxın qazpaylayıcı xəttin çəkilişini həyata
keçirmişdir ki, bu da 305 mindən artıq potensial abonentə şəbəkəyə
qoşulma imkanı vermişdir. Dövlət proqramı əsasında həyata keçirilən
qazlaşdırma layihəsi Gürcüstan Qaz Nəqliyyat Şirkətinin müəyyən
etdiyi bölgələrdə və qurumun sifarişi əsasında həyata keçirilir.
Bununla yanaşı SOCAR da, əlavə olaraq, öz investisiya proqramı
çərçivəsində 700-dən çox yaşayış məntəqəsində, o cümlədən etnik
azərbaycanlıların sıx yaşadığı ərazilərdə qazpaylayıcı şəbəkəni
genişləndirir.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166