Marneuli meriyası 195 000 lariyə ekskavator alacaq
Marneuli
meriyası ekskavator almağı planlaşdırır. Tenderin şərtlərinə görə,
meriya ekskavatorun alınması üçün 195 000 lari
xərcləyəcək.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri
Mariam Xaçidzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, meriya
ekskavatoru “Marneuli Kənd Suları” MMC (“Soptskali”) üçün alacaq.
“Marneuli Kənd Suları” MMC meriyanın nəzdində yaradılmış şirkətdir
ki, həmin şirkət də artıq 50-dək kəndi içməli su ilə təmin
edir.
“Şirkətin əhatə dairəsi böyük olduğundan boruların
istismarı üçün əlavə texnikaya ehtiyac var. Bəzi yerlərdə qəzalı
vəziyyət yaranır, borular torpağın altındadır və nəzarət etmək,
suyun keyfiyyətini yoxlamaq və s. lazım gəlir. Məhz buna görə də bu
texnikanın alınmasına ehtiyac var”, – Mariam Xaçidze
dedi.
Xaçidzenin sözlərinə görə, indiki mərhələdə “Marneuli Kənd Suları”
MMC-yə Algeti, Kəpənəkçi və Kürtlər inzibati vahidliyinə daxil olan
kəndlər də əlavə olunub.
Marneuli meriyası ekskavatorun alınması üçün tenderi 23 sentyabr
tarixində elan edib. Tenderdə iştirak etmək istəyənlər 5 oktyabrdan
8 oktyabradək öz təkliflərini təqdim edə bilərlər.