Marneuli Meriyası əhali arasında apardığı
sorğunu bitirib. 2020-2023-cü illərin prioritetlər sənədinin
hazırlanması məqsədi ilə sorğunu 150-ə yaxın yerli gənc
aparıb.
Bu
haqda məlumat Meriyanın rəsmi veb-səhifəsində yerləşdirilib, ancaq
heç yerdə əhalinin hansı məsələləri prioritet hesab etdiyi qeyd
olunmayıb. Təfərrüatları aydınlaşdırmaq üçün "Marneuli" radiosu
Meriyanın Maliyyə-Büdcə Xidmətinin, büdcənin planlaşdırılması və
analizi üzrə mütəxəssisi Levan Qabadze ilə əlaqə saxladıq. Sorğu 13
yerdə Marneuli şəhərində, 73 yerdə isə kənd əhalisi sorğulanıb.
Qabadzenin dediyinə görə əsas prioritet olaraq infrastruktur
problemləri qeydə alınıb.
“Çox hallarda kənd əhalisi əsas prioritet olaraq
yolları (15%), içməli suyu (9%), tullantıların daşınmasını (9%),
uşaq bağçalarının tikilməsini (8%), suvarma arxları problemini
(8%), məktəb binasının bərpasını (7%), bayrı işıqlandırmasının
qurulmasını (6%) qeyd edib. Siyahıda təqribən 19 məsələ var idi və
əhali özü siyahıda olmayan müəyyən məsələləri də əlavə etdi. Belə
məsələlərə kanalizasiya sistemi və sahibsiz küçə itlər problemi də
daxildir” – Levan Qabadze bildirir.
Şəhərdə sorğulanan əhali faktiki olaraq eynni prioritetləri qeyd
edib.
“Şəhərdə də analoji siyahı idi, əsasən daxili yollar
(11%), içməli su (10%), tullantıların daşınması (9%), suvarma
arxları (9%), uşaqlar üçün oyun meydançasının qurulması (7%),
parkların qurulması, yaşıllaşdırılması (5%), uşaq bağçalarının
tikilməsi (4%), dayanacaqların qurulması (4%) və s. qeyd
olunub” – Levan Qabadze bildirir.
150-yə qədər könüllü xüsusi tərtib edilmiş sorğudan istifadə edib
və təsadüfi seçim prinsipi ilə kəndlərdə 2 220, şəhərdə isə 407
nəfər sorğuda iştirak edib. Vacib komonentlərdən biri ailələrə
daxil olmaq və bir nəfərdən sorğu götürmək idi. Əhali 20-yə yaxın
məsələdən 3 prioritetli istiqaməti seçə bilərdi.
Marneuli meri Zaur Darğallı hesab edir ki, bu il əhalinin qoşulması
baxımından əvəzsiz aksiyalar keçiriblər. Həyata keçiriləcək işlərlə
bağlı isə prioritetlər sənədində nəzərə alınacaq və mərhələli
şəkildə yerinə yetiriləcək.
“Əsasən baza infrastruktur məsələləri aktual olaraq
qalmaqdadır. Demək istəyirəm ki, bələdiyyə miqyasında əvəzsiz
infrastruktur layihələri həyata keçirilir. Ancaq biz növbəti
illərdə də yol infrastrukturu kimi problemlərin həllini daha da
gücləndirəcəyik. Bir neçə kənddə yolların qaydaya salınması
problemi qalıb və planımızda bunun həlli də var” -
Zaur Darğallı deyir və gələcəkdə Marneuli şəhərinin mərkəzi
küçəsinin yendiən qurulma və görünüşünün qaydaya salınması
işlərinin planlaşdırıldığını anons edib.
Meriyadan başqa əhali arasında Bələdiyyə Məclisi də sorğu aparıb
ancaq hələ ki, nəticələr məlum deyil.
Proqrama qoşulan gənclərə bələdiyyə adından, könüllülük işi həyata
keçirdiklərinə görə təşəkkürnamə verilib.
Marneuli bəldiyyəsi büdcə prosesinə vətəndaşların qoşulması məqsədi
ilə geniş miqyaslı fəallıqları Milli-Demokratik İnstitutun dəstəyi
ilə (NDİ), yerli özünüidarəetmənin proqramı çərçivəsində həyata
keçirir.
"Marneuli" Radiosu