Amiran Qiorqadzenin 2015-ci ildə aldığı maşın bu ilki bəyannamədə yoxdur
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 9 may 2019-cu il tarixli əmlak bəyannaməsi ötən ilki bəyannamədən demək olar ki fərqlənmir.

Qiorqadze 2018-ci ildəki bəyannaməsində həyat yoldaşının iki avtomobili – 2015-ci ildə 3 500 dollara alınmış TOYOTA IST və 2018-ci ildə 8 000 dollara alınmış TOYOTA CAMRY olduğunu qeyd etmişdi. Builki bəyannamədə isə 2015-ci ildə alınmış maşın artıq qeyd edilməyib. Amiran Qiorqadzenin isə öz maşını yoxdur.

Bəyannaməyə əsasən 2011-ci ildə Saimerlo kəndində ona 159 kv.m. yaşayış evi və 1161 kv.m. torpaq sahəsi miras qalıb.

Marneuli Bələdiyyə Məclisinin sədri 2009-cu ildə 9 000 lariyə Marneuli şəhərində 300 kv.m. torpaq sahəsi alıb.

Qiorqadzenin nə bank hesabında, nə də nağd olaraq pulu yoxdur.

Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli Trans” MMC-nin səhmlərinin 16%-nə sahibdir. Onun ötən il 1 yanvar tarixindən 31 dekabradək sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir 5 000 lari təşkil edib.

Print Email
FaceBook Twitter Google