Azər Süleymanov 2017-ci illə müqayisədə keçən il 11 032 lari az əmək haqqı alıb

Marneulili deputat Azər Süleymanov 2017-ci illə müqayisədə 2018-ci ildə daha az əmək haqqı alıb. Süleymanov tərəfindən 2019-cu ilin 28 mayında yayımlanan mülki bəyannaməyə əsasən o, parlamentdə çalışması nəticəsində 2018-ci ildə 49 253 lari dəyərində əmək haqqı alıb.

Onun 2017-ci ilə olan əmək haqqı isə 60 285 lari təşkil edir.

Süleymanovun bəyannaməsi başqa tərəfdən 2018-ci ilin bəyannaməsindən fərqlənmir.

Süleymanovun bəyannaməsində oxuyuruq ki, onun mülkündə yalnzı 2000-ci ildə 20 000 dollara alınmış 336 kv-m yaşayış evi var.
Marneulili parlamentarinin başqa daşınmaz əmlakı yoxdur.

Onun mülkünə eləcə də 2013-cü ildə 10 000 dollara alınmış Toyota Camry də daxildir.

Süleymanovun bank hesabında ümumiyyətlə məbləğ yoxdur, amma onun bəyannaməsinə görə 8 000 dollar nəğd pulu var.

Azər Süleymanov 2016-cı il seçkilərindən sonra parlamentari olub.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google