"Gələn il problem olmayacaq, ona qədər məcburuq" - Kərəmov 3 saylı uşaq bağçasının problemi haqqında

Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi bağçalarda vəziyyətin qaydaya salınmasına bu il söz vermir.

Birliyin sədri Zaur Kərəmov deyir ki, uşaqların bayırda qalmaması üçün lazım olandan artıq uşaq qəbul etmək məcburiyyətində qalıblar.

“Gələn il iki yeni bağça tikiləcək və bu problem olmayacaq. Ona qədər isə məcburuq. İndi valideynləri çalışan uşaqları rezrvdən də əlavə edirik” – Zaur Kərəmov deyir.

3 saylı uşaq bağçasının yetərli sayda çarpayısının olmaması ilə bağlı Kərəmov deyir ki, problem müəyyən qədər belə həll olacaq ki, uşaqların hamısı hər gün bağçaya getməyəcək. Buna zəmanəti isə “öz təcrübəsinə əsaslanaraq verir”.

Bağçaların tikilməsi bələdiyyə üçün priortetli istiqamətlərdən biridir ki, bunu Marneulinin meri Zaur Darğallı da təsdiq edir və deyir ki, bu baxımdan gələn il işlər planlaşdırılıb.

Marneulinin 3 saylı uşaq bağçasında müəyyən olunan artıq uşaq var. Hər gün dayə, pedaqoq 40-a yaxın bəzən daha çox uşağı, uşaqları belə sakitləşdirməli olur.

Mövcud vəziyyətdən narahat olan müəllim "Marneuli" radiosu ilə problem haqda açıq danışır və deyir ki, kiçik yaşlı uşaqların qupunda xüsusi problem var. Uşaqlar sərbəst yeyə və vacib ehtiyaclarını özləri qarşılaya bilmirlər.

Qapıya isə kiçik masa qoyublar ki, qırx uşaqdan kimsə bayıra çıxmasın. Belə vəziyyəti qrupda 2 nəfər idarə etməlidir.

Marneuli bələdiyyəsinin “Çiora” uşaq bağçası 280 uşaq üçün nəzərdə tutulub. Bugünkü göstəricilərə əsasən isə siyahıda 475 uşaq var.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google