Tİ-ın araşdırmasında qeyd etdiyi Laşa Lobjanidzenin "Soko" MMC-nin 100%-lik səhmlərinin sahibi olduğu səhv məlumatdır

Marneuli bələdiyyəsinin mer müavini Laşa Lobjanidze onun "Soko" MMC-nin 100%-lik səhmlərinin sahibi olduğu qeyd olunan “Şəffaflıq Gürcüstanın” araşdırmasını dezinformasiya adlandırır.

Faktı yoxlamaq üçün o, özünün şəxsi məlumatlarını bizə verir.

“Marneuli” radiosu məlumatı hüquqi şəxslər üzrə reyestrdə axtardı və məlum oldu ki, "Soko" MMC-nin sahibi həqiqətən də Laşa Lobjanidzedir və Rustavi şəhərində yaşayır. Bu müəyyən qədər Marneuli merinin müavini Laşa Lobjanidzenin dediklərinə uyğundur, ancaq şəxsi nömrə ilə təsdiqlənir ki, qeyd olunan şəxs başqasıdır.

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” Gürcüstanın bütün bələdiyyələrinin merlərinin, bələdiyyə məclisi sədrlərinin və onların müavinlərinin 300-dən artıq mülkü ilə bağlı bəyannaməsini araşdırıb. Araşdırma nəticəsində 78 bəyannamədər 128 müxtəlif pozuntu aşkarlanıb. Araşdırılan bəyannamələr arasında Marneuli merinin müavinləri Zaur Tabatadze və Laşa Lobjanidzenin, eləcə də Marneulinin bələdiyyə sədri Amiran Qiorqadzenin və müavini Mamuka Naverianinin mülkü ilə bağlı bəyannamələri də var.

"Marneuli" radiosu təfərrüatları müəyyənləşdirmək üçün onların üçünə də zəng vurdu, ancaq indiki mərhələdə Amiran Qiorqadze ilə söhbət edə bilmədik. O, bildirdi ki, hazırda nə “Qiqa2” MMC-nin 100%-lik səhminin sahibi və direktoru, nə də “Ekspres 2005” MMC -nin 16%-lik səhminin sahibidir. Qeyd olunan şirkətlər uzun müddətdir fəaliyyət göstərmir.

“Bu gün fəaliyyət göstərmir, istəsəniz vergilər xidmətində yoxlaya bilərsiniz. Sadəcə MMC olaraq qalıb. Belə asan ləğv olunmur. Bəyannamədə yoxlanılır ki, gəliri sıfırdır” - Amiran Qiorqadze deyir.

"Marneuli" radiosunun məlumatına görə, “Beynəlxalq Şəffaflıq-Gürcüstan”da yaydığı matrialları özləri də araşdırdı.

“Şəffaflıq Gürcüstanın” araşdırmasının nümayəndələrindən biri Arçil Todua "Marneuli" radiosuna deyir ki, Laşa Lobjanidzenin məlumatı artıq materialdan götürülüb və yaranmış vəziyyətə görə üzr istəyir.

 

Print Email
FaceBook Twitter Google