Marneulidə yeni dizayna uyğun bir neçə zibil qabının vedrəsi yoxdur
Marneuli şəhərində, Rustaveli küçəsində yerləşdirilmiş bir neçə yeni zibil qutusunun alt hissəsi yoxdur.

Marneuli bələdiyyəsinin özünüidarəetməsi şəhərin mərkəzi küçəsində 165 zibil qutusu yerləşdirib və onların dizaynı əvvəlki qutulardan fərqlidir. Zibil qutusu dəmirdəndir və qara rənglə boyanıb.

Bizimlə söhbət zamanı “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladze bildirir ki, indiki mərhələdə zibil qutularının vedrəsi olmadığı haqda məlumatı yoxdur.

Mumladze eləcə də izah edir ki, gecə saatlarında mağaza və başqa obyektlərinin qarşısında yerləşən qutuların vedrəsini obyektə aparırlar.
Marneuli Meriyası 165 zibil qutusu almaq üçün 34 000 lari sərf edib.

Print Email
FaceBook Twitter Google