Marneulidə “Avropa miras günləri” qeyd olunacaq

Sabah, 5 oktyabrda Marneulidə “Avropa miras günləri” qeyd olunacaq.



“Avropa miras günləri”nin qeyd olunacağı tədbirlər saat 11:30-dan Marneuli Mədəniyyət Mərkəzinin ətrafındakı parkdan və Marneuli kitabxanasından başlayacaq.

Marneuli Mədəniyyət Mərkəzinin rəsmi facebook səhifəsində yayımlanan məlumata əsasən tədbirlər proqramında uşaq kitablarının sərgisi, “Biz Avropanı çəkirik” mövzusunda məktəb şagirdlərinin əl işlərinin sərgisi, Marneuli bələdiyyəsində olan mədəni irsi abidəllərin fotosərgisi, əl işi olan xalçaların, əşyaların və boyunbağıların sərgisi və Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin “Da vinchi” studiyasının əl işlərinin sərgisi planlaşdırılır.

Tədbirləri aşağıda nəzərdən keçirə bilərsiniz:

  • Saat 11:30 - Xalq Müdafiəçisi Aparatının Kvemo Akrtli ofisinin və Marneuli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Avrointeqrasiya: Avropa haqqında mitlər və reallıqlar mözvsuunda” məruzə keçiriləcək. Məruzəni Xalq Müdafiəçisi Aparatının İnsan Hüquqları Tədris Departamentinin rəhbəri, beynəlxalq əlaqələr doktoru Nyu Vijen Universitetinin professoru Qvantsa Davitaşvili oxuyacaq (Marneuli şəhərinin kitabxanası).
  • Saat 13:00 - da Antuan De Sent-Eqziuperin və onun yeganə ən məşhur uşaq novellası “kiçik şahzadə”nin ictimai şəkildə oxunması. Yazıçı haqqında təqdimat, əsər haqqında ümumi müzakirə. Tədbirlərdə iştirak edəcək uşaqlar əsərə görə hazırlanmış illustrasiya təqdim edəcəklər (Marneuli şəhərinin Kitabxanası).
  • Saat 14:00 - küp və skulptura plastilinləri üzərində işləməklə bağlı masterklass (Marneuli şəhəri, Mədəniyyət Evinin parkı).
  • Saat 14:00 - Üz çizimləri.
  • 14:30 - Fleş Mob - Avropa rəqslərinin xoreoqrafiyası (Marneuli şəhərinin mədniyyət evinin parkı).
  • Saat 14:45 - Küçə festivalı mim və akrobatlar (Marneuli şəhərinin Mədəniyyət Evinin parkı).
  • Saat 15:00 - Mədəniyyət Məkrəzində mövcud olan vokal-instrumental qrupların konserti (Marneuli Mədəniyyət Evinin parkı).
  • Saat 16:00 - “Avropa Gürcüstanda-Dümanın izlərində” nümayişi (Marneuli Mədəniyyət Evinin foyesi).

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google