Marneulili müğənni Şaban Məmmədov növbəti dəfə
Gran-Pri mükafatına layiq görülüb.
Azərbaycan, İsrail,Ukrayina, Almaniya və Ermənistandan olan
yarışmaçıların iştirakı ilə 5 və 6 oktyabr tarixlərində, Rustavi
şəhərində keçirilən Beynəlxalq Əlillər festivalında, Gürcüstanı
təmsil edən Şaban Məmmədov solo ifası ilə festivalın qalibi elan
olunub.
Şaban Məmmədova Gran-Pri mükafatını Rustavi şəhərinin meri İrakli
Tabağua təqdim edib. Festivalın sonunda isə Gürcüstan
Respublikasının dövlət himni səsləndirilib.