Qardabanili idmançı Kəmalə Məmmədova “Fəxri Vətəndaş” adına layiq görülüb (FOTO/VİDEO)
Qardabanili idmançı, Biznes Texnologiya fakültəsinin məzunu Kəmalə Məmmədova “Fəxri Vətəndaş” adına layiq görülüb. Bu ad ona 4 oktyabr tarixində Qardabanidə keçirilən “Qardabanoba 2019” tədbirində verilib. Qardabanidə “Fəxri Vətəndaş” adına Kəmalə Məmmədova ilə yanaşı daha 5 nəfər layiq görülüb.

Tədbirdə Kvemo Kartli Qubernatoru Şota Rexviaşvili, Qardabani meri Ramaz Budaqaşvili və Gürcüstan Parlamentinin deputatları Savalan Mirzəyev və Qoderdzi Çankseliani iştirak ediblər. Mükafatı ona qubernator Şota Rexviaşvili təqdim edib. Bu haqda bizimlə söhbəti zamanı Kəmalə Məmmədova dedi. Onun sözlərinə görə, “Fəxri Vətəndaş” adına layiq görülməsi onun indiyə qədər idman sahəsində çəkdiyi əziyyətinin bəhrəsidir.


Məmmədovanın sözlərinə görə, o, yaxın günlərdə karatedə göstərdiyi yaxşı nəticələrə görə qara kəmərə də layiq görülüb və indi apreldə baş tutacaq Avropa çempionatına hazırlaşır.

Onu da əlavə edək ki, 2017-ci ildə Barselonada Kiokşin Karate üzrə baş tutan çempionatda Avropa çempionu olub.



Print Email
FaceBook Twitter Google