Marneulili pedaqiq Milli Müəllim Mükafatının sahibi olub

2019-cu ilin Milli Müəllim Mükafatının sahibi Marneulili pedaqoq Qiorqi Çauçidze olub.

Ona mükafat olaraq 10 000 lari veriləcək. Qalib 5 oktyabr beynəlxalq müəllimlər günü müəyyən edilib.

Qiorqinin çoxillik müəllimlik təcrübəsi var, ancaq o, Marneulidə 2012-ci ildən Şaumyani kəndinin 3 saylı ictimai məktəbində çalışmağa başlayıb. İndi isə o, Marneuli 2 saylı ictimai məktəbində gürcü dili və tarix müəllimi olaraq çalışır.

Milli Müəllim Mükafatı müsabiqəsi Gürcüstanda artıq üçüncü dəfədir ki, keçirilir.

 


 

Print Email
FaceBook Twitter Google