2 saylı ictimai məktəb 2019-cu il Milli Müəllim Mükafatının qalibini təntənəli şəkildə qarşılayıb (+video)
2 saylı ictimai
məktəb 2019-cu ilin Milli Müəllim Mükafatının sahibi Qiorqi
Çauçidzeni təntənəli şəkildə qarşılayıb.
Marneulili pedaqoq 5 oktyabrda Milli Müəllim
Mükafatının qalibi elan edilib. Ona 10 000 lari mükafat
veriləcək.
Qiorqinin çoxillik müəllimlik təcrübəsi var, ancaq o, Marneulidə
2012-ci ildən Şaumyani kəndinin 3 saylı ictimai məktəbində
çalışmağa başlayıb. İndi isə o, Marneuli 2 saylı ictimai məktəbində
gürcü dili və tarix müəllimi olaraq çalışır.
Milli Müəllim Mükafatı müsabiqəsi Gürcüstanda artıq üçüncü dəfədir
ki, keçirilir.