Marneuli və digər bölgədən olan sakinlər Kutaisi Beynəlxalq Aeroportunda problemlə qarşılaşıblar (VİDEO/FOTO)
Marneulidən və digər bölgələrdən olan sakinlər Kutaisi Beynəlxalq Aeroportunda problemlə qarşılaşıblar. Bir qrup Gürcüstan vətəndaşı turist olaraq xarici ölkəyə səyahət etmək istəyiblər. Amma onları aeroportdan buraxmayıblar. Bu haqda bizimlə söhbət zamanı xarici ölkəyə səyahət etmək istəyən vətəndaş Zahid Quliyev məlumat verdi.

Onun sözlərinə görə, Marneuli, Bolnisi və digər bölgələrdən olan 15-20 nəfərə yaxın vətəndaş bu cür problemlə qarşılaşıblar.

"Biz 4 günlük Polşaya turist kimi səyahət edirdik. Bizi buraxmadılar. Dedilər ki, siz yalan danışırsız, turist deyilsiz. Bizim sənədlərmiz var və hamısı da düzdür. Gediş-dönüş biletimiz var, sığortamız var, getdiyimiz ölkədə qalacağımız otel bilirik. Heç bir problemimiz yoxdur. Amma bizi nəyə görə buraxmırlar bilmirik. Deyirlər ki, siz turis deyilsiz" - Zahid Quliyev dedi.

Quliyevin sözlərinə görə, onlar hal-hazırda aeroportda gözləyirlər və ümid edirlər ki, ola bilsin onları buraxdılar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Marneuli" radiosuna verilən məlumata görə, polis tərəfindən vətəndaşlara hansı səbəbə görə buraxılmadıqları haqda məlumat verilməlidir. Daha ətraflı məlumat üçün, biz Daxili İşlər Nazirliyindən cavab gözləyirik.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google