Marneuli-Sadaxlı yolunda yol nəqliyyat hadisəsi baş verib (FOTO)
Bu gün, 8 oktyabr tarixində səhər saat 8:00 radələrində Marneuli-Sadaxlı yolunun 12-ci kilometrliyində (Şulaveri yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı iki Ford Transit və bir Mercedes markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə yerinə təcili yardım və patrul polisi cəlb olunub.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat vasitəsinin təhlükəsizliyi və ya istismarı qaydasının sağlamlığa ağır və ya qismən ağır xəsarət vurulması ilə nəticələn pozulmasını nəzərdə tutur.










"Marneuli" radiosu


Print Email
FaceBook Twitter Google