"Partiya daxili iş idi, bu sirr deyil" - Ruslan Hacıyev Bidzina İvanişvili ilə görüş haqqında

Siyasi Birlik "Gürcü Arzusu -Demokratik Gürcüstan"ın sədri Bidzina İvanişvili Kvemo Kartlinin dairə təşkilatı nümayəndələri və rəhbərləri ilə görüşüb.

Bəyanatda deyildiyinə görə, görüşdə regiondakı problemlərin həlli, cari və gələcək planlar müzakirə olunub. Görüşdə Marneuli meri Zaur Darğallı, parlament üzvləri Savalan Mirzəyev, Tamaz Naveriani, Ruslan Hacıyev və Marneuli bələdiyyə məclisinin sədri iştitak edib. "Marneuli" radiosu Amiran Qiorqadze və Ruslan Hacıyevlə müsahibə yaza bildi. Onların dediyinə görə görüşdə partiya daxili işlər müzakirə olunub.

“Regional siyasi problemlərin müzakirəsi idi. Bu sir deyil. Sadəcə partiya daxili mövzular idi ki, partiyada vəziyyət necədir. İş “xarakteri” idi”, – Ruslan Hacıyev deyir.

“Partiya mövzuları haqda, partiyanın daha da gücləndirilməsi, rayon təşkilatlarının gücləndirilməsi və gələn ilin parlament seçkiləri üçün seçkiqabağı hazırlığından söhbət aparıldı”, – Amiran Qiorqadze deyir.

Bidzina İvanişvili ilə görüşdə Qardabaninin deputatı Savalan Mirzəyev də iştirak edirdi. O, bizim suallara cavab olaraq “Gürcü Arzusunun” mətbuat xidmətinin məlumatı ilə tanış olmağımızı məsləhət gördü.

“Gürcü Arzusunun mətbuat xidməti görüşlə bağlı məlumat yayımlayıb, oxuya və tanış ola bilərsiniz”, – Savalan Mirzəyev dedi və başqa heç nə danışmaq istəmədi.

“Gürcü Arzusu”nun Facebook səhifəsində yazılıb ki, görüşdə regionda olan problemlərin həlli yolları, cari və planlaşdırılmış layihələr və gələcək planlar müzakirə olundu.

Görüşdə eləcə də Regional Məsələlər üzrə Baş nazirin müşaviri Sozar Subari, Kvemo Kartli Dövlət qubernatoru Şota Rexviaşvili, region bələdiyyələrinin merləri, bələdiyyə məclisi sədrləri və partiya fəalları iştrirak edirdilər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google