Bu gün, 9 oktyabr tarixində Marneuli Mülki
Məşğulluq Mərkəzində İctimai Hərəkat “Lelo”nun nümayəndələri
Marneulili fəallarla görüşüblər.
"Marneuli" radiosu ilə söhbət zamanı Hərəkatın üzvü Nika
Çerkezişvili qeyd etdi ki, görüşün əsas məqsədi bələdiyyədə olan
problemlərin yerli əhalidən dinlənməsindən ibarətdir.
“Yerlilərdən onların problemi ilə bağlı baxışlarını
dinləməliyik. Onlardan məlumat almalıyıq və problemin həll
olunmasına yardımımızı təklif edək. Eləcə də görüşün məqsədi birgə
oturub və həlli yollarını tapmaq və bunun vasitəsilə həyatımızı
daha da mükəmməlləşdirməkdir”, – Nika Çerkezişvili
deyir.
İctimai Hərəkatla görüş zamanı Marneulili fəallar nepotizm, gürcü
dilinin bilmə səviyyəsi, kənd təsərrüfatı və başqa mövzulara diqqət
yetiriblər.
“Lelo”nun nümayəndələri görüşdə bildiriblər ki, İctimai Hərəkata
istəyi olan hər kəs üzv ola bilər. Onların sözlərinə görə qeyd
olunan xarakterdə görüşlər Marneulidə davam etdirləcək.
Mamuka Xazaradze yeni “Lelo” hərəkatını 12 sentyabrda təsis
edib.