Saimerlo uşaq bağçası 10 oktyabrda da açılmadı

Saimerlo kəndinin uşaq bağçası heç bu gün, 10 oktyabrda da açılmadı.



Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov buna səbəb olaraq inventarın olmamasını qeyd edir və bildirir ki, bir neçə günə əşyaların bağçaya yerləşdirilməsi prosesi başa çatacaq.

“Əşyalar gətirilir, tam gətirilməyib ona görə təxirə saldıq. Bir-iki günə hazır olacağıq. Sonra açılış Meriyanın qərarına bağlıdır. İndi də burada, Saimerlo bağçasındayam”, - Kərəmov deyir.

Baxmayaraq ki, bələdiyyə miqyasında bağçalar 16 sentyabrdan fəaliyyətə başlayıb, Saimerlo bağçasının 140-a yaxın yetirməsi evdə qalıb. Səbəb isə bələdiyyənin məişət texnikası, soyuducular və başqa vacib əşyalar almalı olduğu tenderin pozulmasıdır.

Saimerloda yeni uşaq bağçasının tikintisi binanın qəzalı vəziyyətdə olmasına görə vacib olub. İki il ərzində 100-ə qədər yetirmə həmin kənddəki evlərdən birində tədris prosesini keçirdi.

İndi uşaq bağçası “Memontaje Nika” MMC tərəfindən tikilib, işlərin həyata keçirilməsi üçün 1 ildən artıq vaxt lazım olub. Yerli büdcədən layihəyə üçün 587 000 lari xərclənib.

Bələdiyyədə hazırda 14 bağça fəaliyyət göstərir, bu isə Marneuli miqyasında məktəbəqədər tədrisi tam təmin etmir. Məsələn, bu il yerlərin sayı az olduğuna görə 200 uşaq rezerv siyahısında qalıb.

 

Print Email
FaceBook Twitter Google