Marneulidə şərab festivalı (+Foto)
15:59 / 10.10.2019
Marneulidə
Mədəniyyət Evinin ətraf ərazisində payız əhval-ruhiyyəsi
var.
Tatara qaynayır, sucuqlar hazırlanır, şərab
çəkilir, çörək bişirilir və ətrafda rəngarənglik hiss olunur.
Marneuli Bələdiyyəsinin yerli özünüidarəetməsinin təşkilatçılığı,
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
Nazirliyinin dəstəyi ilə Marneulidə şərab festivalı 2019 -
“Marneuli – üzüm beşiyi” keçirilir. Marneulinin meri Zaur Darğallı
deyir ki, festivalın daha da rəngarəng olmasına dəstək
olmalıdırlar.
“Marneuli dörd ildir ki, şərab festivalına ev sahibliyi
edir. Mən hər bir Marneulili kimi qürur duyuram ki, Marneuli şərab
beşiyidir və məhz bu proses Marneulidən başlayıb. Marneulinin
simasında bu gün Gürcüstan şərabın vətənidir. Biz bu festivalın
daha da rəngarəng olması üçün çalışırıq və gələn il “Parçalanmış
təpənin” örtülməsi və muzey tikilməsini planlaşdırmışıq”,
- Zaur Darğallı dedi.
Bugünkü tədbirdə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
nazirinin müavini Xatia Tsilosani iştirak edirdi. O, şərab
festivalının Mürneulidə keçirilməsini vacib dəyərləndirdi.
“Gürcüstan şərabın və üzümün vətənidir və Marneuli məhz
qədim əcdadların aşkar etdiyi yerdir. Etiraf olunub ki, bu üzüm və
müasir şərabın istehsalı üçün olduqca vacibdir. Olduqca vacibdir
ki, gürcü şərabı, gürcü məhsuluyerli və beynəlxalq bazarlarda
bərabər şəkildə əlçatan olsun”, - Xatia Tsilosani
dedi.
Tədbirdə gürcü şərabının, balın, pendir və başqa kənd təsərrüfatı
məhsullarının sərgisi-satışı təşkil olunmuşdu. Üzüm təntənəli
şəkildə sıxıldı və əl əşyalarının sərgisi-satışı təşkil olundu.
Gürcü cüdosu turniri baş tutdu.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166