Daxili İşlər Nazirliyi Marneulidə baş vermiş yaralama faktını isti izlərlər açıb
Daxili İşlər
Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon
İdarəsinin əməkdaşları aparılan operativ istintaq tədbirləri
nəticəsində
1984-cü il təvəllüdlü R.A.-nı qəsdən
sağlamlığa qismən ağır zərər vurma və odlu silahın qeyri-qanuni
şəkildə əldə edilməsi-saxlanlması-daşınması ittihamı ilə Tbilisidə
saxlayıblar.
Törədilmiş cinayətə görə 4 ildən 7 ilə qədər müddətə azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq nəticəsində aydın olub ki, saxlanılan şəxs Marneulidə,
Şota Rustaveli küçəsində, çayxanalardan birinin ərazisində,
keçmişdə baş vermiş narazılıq əsasında odlu silahdan atəş açaraq
iki nəfəri 1997-ci il təvəllüdlü İ.O. və 2000-ci il təvəllüdlü
K.N.-nı yaralayıb, sonra isə hadisə yerindən qaçıb.
Hüquq mühafizəçiləri müttəhimi baş verən hadisədən bir neçə saat
sonra isti izlərlə tapıblar.
Qəsdən sağlamlığa qismən ağır zərər vurma və odlu silahın
qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınması faktı ilə
bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci
hissəsi, 236-cı madəsinin 3-cü və 4-cü hissələri ilə istintaq
aparılır.
Mənbə: police.ge