Marneuli meriyasının ətrafının abadlaşdırılması planlaşdırılır
Marneuli bələdiyyəsinin yerli özünüidarə orqanı meriyanın ətrafını və 26 may küçəsində yerləşən fəvvarəni abadlaşdırmağı planlaşdırır.
Marneuli meriyasının ətrafının abadlaşdırılması/bərpası və 26 may küçəsində yerləşən fəvvarənin bərpası işlərinin smeta sənədlərinin hazırlanması üçün meriya 6 000 lari ayırıb.

Tenderin şərtlərinə görə, Marneuli meriyasının ətrafında asfalt-beton örtüyünün çəkilməsi və avtomobil dayanacağının işarələnməsi, meriya binasının fasadının təmiri, meriyanın həyətində olan daş örtüyün yenilənməsi, həyətin girişinə şlaqbaumun qoyulması və meriya ərazisindəki meydançanın abadlaşdırılması planlaşdırılır.

Yerli özünüidarə tenderi 10 oktyabr tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 16 oktyabrdan 18 oktyabradək öz təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər