Saimerloda inşa olunmuş uşaq bağçası sabah açılacaq
Saimerlo kəndinin uşaq bağçası sabah, 15 oktyabr tarixində açılacaq. Bu haqda məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verib.

Baxmayaraq ki, bələdiyyə miqyasında bağçalar 16 sentyabrda açıldı, Saimerlo bağçasının 140-a yaxın yetirməsi evdə qaldı. Səbəb isə bələdiyyənin məişət əşayaları, soyuduclar və başqa vacib əşyalar almalı olduğu tenderin baş tutmaması idi.

Saimerloda binanın qəzalı vəziyyətdə olmasına görə yeni uşaq bağçasının tikintisinə ehtiyac var idi. Buna qədər isə 100-ə qədər uşaq iki il ərzində tədris prosesini kənddəki fərdi evlərdən birində keçib.

Yeni bağçanı “Memontaje Nika” MMC tikib və tikinti üçün bir ildən artıq vaxt lazım olub. Layihəyə yerli büdcədən 587 000 lari xərclənib.

Bələdiyyədə hazırda 14 bağça fəaliyyət göstərir, ancaq bu bağçalar Marneuli miqyasında məktəbəqədər tədrisi tam təmin etmir. Bu il yetərli sayda yer olmadığına görə, 200-ə yaxın uşaq ehtiiyat siyahısında qalıb.

Print Email
FaceBook Twitter Google