Qardabanili müəllim erkən evliliyə etdiyi etiraz görə ictimai bulinqə məruz qalıb
Qardabanili müəllim erkən evliliyə etdiyi etiraz görə ictimai bulinqə məruz qalıb. Bu haqda “Mtavari Arxi” məlumat yayır.

Teleşirkətin məlumatına görə, coğrafiya müəlimmi məzunlardan birinin evliliyinə etiraz etdikdən sonra və qızın atasının övladına təhsilini davam etdirəcəyi ilə bağlı verdiyi vədi xatırlatdıqdan sonra kənd əhalisi onu tənqid edərək və təhqir ediblər.

İctimai bulinqin əks olunduğu materialı kənd sakinlərindən biri çəkib və coğrafiya müəlliminin nüfuzdan salmaq məqsədi ilə sosial şəbəkədə yayımlayıb. Videoda görünür ki, əhali müəllimdən ictimai şəkildə üzr istəməyi necə tələb edir. “Mtavari Arxi”nin məlumatına görə videoda eləcə də təsvir olunur ki, bir nəfər müəllimi necə fiziki təhqir etməyə cəhd göstərir, amma əhali onu dayandırır.

Teleşirkətin məlumatına görə coğrafiya müəllimi hazırda polisdədir və polisə çağırılma səbəbi ona da məlum deyil.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər