Saimerlo uşaq bağçasının rəsmi açılışı oldu (FOTO)
Bu
gün, 15 oktyabr tarixidnə Saimerlo uşaq bağçasının rəsmi açılışı
oldu. İkimərtəbəli binanın tam yeni infrastrukturu
var.
İkinci mərtəbədə uşaq qrupları ilə yanaşı
administrasiya üçün otaqlar və tədbir zalı yerləşir. Bina fiziki
məhdudiyyətli şəxslər üçün adaptasiya olunub. Bağçanın açılış
mərasimində yerli özünüidarəetmə nümayəndələri və Kvemo Kartlinin
Dövlət qubernatoru Şota Rexviaşvili iştirak edirdi. Marneuli meri
Zaur Darğallının sözlərinə görə, məktəbəqədər tədris almaq bütün
uşaqlar üçün əlçatan olmalıdır.
“Bələdiyyənin İnkişaf Fondunun dəstəyi ilə Marneulidə bağçaların
tikilməsi planlaşdırılıb. Biz gələn il üçün bağçalardan birində
korpus əlavə etməyi düşünürük və mövcud otaqlar tam bərpa olunacaq.
Bu yeni büdcədə nəzərə alınacaq. Bu istiqamətdə çalışmağa davam
edəcəyik ki, Marneulidə hər bir uşağın yeni təmir olunmuş, müasir
bağçaya getmək imkanı olsun”, – Zaur Darğallı
dedi.
Kvemo Kartli qubernatoru Şota Rexviaşvilinin sözlərinə görə, Kvemo
Kartli miqyasında uşaq bağçalarının tikintisi davamlı olaraq
aparılır.
“Saimerlo kəndində uşaqlar və məktəbəqədər tədris
müəssisənin pedaqoqları, dayələri, validyenlər böyük hədiyyə
aldılar. Mən bu gün münasibəti ilə onları təbrik edirəm. Çox
lazımlı xidmət təqdim etdik. Bələdiyyənin maliyyəsi ilə 600 000
larilik maddi invesitiya həyata keçirildi və 120 uşaq üçün tam
müasir bağça açıldı. Bu uşaqların keyfiyyətli məktəbəqədər tədris
alacağına və ali təhsil almaq üçün hazırlanacaqlarına
zəmanətdir”, – Şota Rexviaşvili dedi.
Saimerlo uşaq bağçasının açılışına tədbir də həsr edilmişdi.
Yetirmələr oxudular, rəqs etdilər və şeirlər söylədilər.
Saimerloda yeni uşaq bağçasının tikintisi binanın qəzalı vəziyyətdə
olmasına görə vacib olub. İki il ərzində 100-ə qədər uşaq həmin
kənddi fərdi evlərdən birində tədris prosesi keçib.
Bələdiyyədə hazırda 14 bağça fəaliyyət göstərir, ancaq bu bağçalar
Marneuli miqyasında məktəbəqədər tədrisi tam təmin etmir. Bu il
yetərli sayda yer olmadığına görə, 200-ə yaxın uşaq ehtiiyat
siyahısında qalıb.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166