Tbilisiyə gedən sərnişinlər üçün həftənin əvvəlində marşrutkalar yetərli olmur
Bu gün, 15 oktyabr tarixində Marneulinin mərkəzi stadionunun qarşısında onlarla adam eyni məqsədlə toplaşmışdı. Onların hər biri Tbilisiyə təhsil almaq, çalışmaq yaxud görüşlərdə iştirak etmək üçün gedirdi.

Vətəndaşlar dayanacaqda bir saatdan artıq gözləməli olurlar. Maşrtular saxlanan kimi yenidən dolur və sərnişinlərin böyük hissəsi yenə də yersiz qalır. Bizimlə söhbət zamanı sərnişinlər qeyd etdilər ki, onlar maşrrut sistemindən narazıdırlar.

“Mən buraya təqribən bir saat əvvəl gəlmişəm. Burada artıq əhali toplanmışdı və bir marşrutka gəldi, adamlar yer tutmaq üçün bir-biri ilə fiziki mübahisə edirdilər. Sonra bir marşrut da gəldi və eyni hal təkrar olundu. Yer tutmaq üçün mübahisə etmək istəməyən adamlar isə yersiz qaldı”, - Marneuli sakini Cozep Aleksander Smit deyir.

“Çox dəhşətli vəziyyətdir, hər gün gecikirlər və bəzən heç burada durmurlar da”, – Marneulili tələbə deyir.

Hadisə yerində getdiyimiz zaman nəqliyyat şirkətinin nümayəndəsi "Marneuli" radiosuna müsahibə verməkdən çəkindi, amma şəxsi söhbət zamanı bildirdi ki, hər həftənin əvvəlində dayanacqda belə vəziyyət olur, çünki tələbələr Tbilisiyə qayıdırlar, başqaları isə işə tələsir. Şirkət nümayəndəsinin sözlərinə görə, narahatçılıq sərnişin sayının çox olmasına görə yaranıb, həftənin digər günlərində isə sərnişinlər adi ritmlə hərəkət edirlər və marşrutlar 20 dəqiqədən bir çalışır.

Print Email
FaceBook Twitter Google