Qardabanlı müəllimə qarşı törədilməsi güman edilən zorakılıq faktı ilə bağlı istintaq başlayıb
Gürcüstan Daxili İşlər Nazirliyi Qardabani bələdiyyəsinin ictimai məktəblərindən birinin Coğrafiya müəllimi, Həmid Sadıqlıya qarşı törədilməsi güman edilən zorakılığı araşdırır.

Mediada yayımlanan məlumata görə, Həmid Sadıqlı Facebookda erkən evliliyə etiraz edib və ali təhsil müəssisəsinə qəbul olmağı planlaşdıran qız şagirdlərindən birinin evlənmək məqsədi ilə qaçırılması faktını ictimailəşdirib. Qızı ailəsinə qaytarıblar. Bundan inciyən yerli sakinlərin bir hissəsi Həmidi təhqir edib və üzr istəməsini tələb ediblər. Bunun əks olunduğu videonu isə sosial şəbəkədə yayımlayıblar.

Coğrafiya müəlliminə qarşı törədilən faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparılır. Sadıqlının Netgazetiyə bildirdiyinə görə polisdən dünən zəng vurublar və bir neçə saat ərzində onu dindirilməyə aparıblar.

DİN-dən bildirirlər ki, işlə bağlı istintaq fəaliyyəti artıq başlayıb.

Qızın qaçırılması hadisəsindən sonra DİN 19 yaşlı qızın evlənmək məqsədi ilə qanunsuz azadlıqdan məhrum edilməsində iştirak edən iki nəfəri həbs edib. Cinayət 7-dən 10 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google