Avropada nə qədər qalacağı müddəti bilmədiyinə görə, Marneuli sakini Latviyaya səfər edə bilməyib
Marneuli sakini Kutaisi Beynəlxalq Aeroportunda problemlə qarşılaşdığını deyir. Sakinin sözlərinə görə, ailəsi Avropada yaşayır. O, ailə üzvlərinin yanına getmək məqsədi ilə bilet alıb və Kutaisi aeroportuna yollanıb. Lakin onun getməsi üçün aeroportdan icazə verilməyib.

Adının halanmasını istəməyən Marneuli sakini deyir ki, üç ay əvvəl Latviyada yaşayıb. Daha sonra isə vizasının vaxtının bitdiyinə görə, o, məcbur geri, Gürcüstana qayıtmalı olub, və son üç ayı Gürcüstanda yaşayıb. 93 gün Gürcüstanda qaldıqdan sonra bilet alaraq Kutaisi Beynəlxalq Aeroportuna gedib. Amma ona bu dəfə aeroportdan icazə verməyiblər. Ona aeroportun məlumat mərkəzinin əməkdaşları deyiblər ki, “Siz 180 gün Gürcüstanda qalmalısınız və daha sonra Avropaya səyahət edə bilərsiniz”.

Kişinin sözlərinə görə, 180 gün Gürcüstanda qaldıqdan sonra Avropaya getməyin lazım olduğu ilə bağlı onun məlumatı olmayıb. Qanundan xəbərsiz olan sakin deyir ki, əhaliyə qanunla bağlı məlumat verilməlidir.


Qeyd edək ki, daha əvvələr də Gürcüstan aeroportlarında bunun kimi oxşar hallar baş verib.

Gürcüstanla Avropa Birliyi arasında vizasız gediş-gəliş rejimi tətbiq olunduqdan sonra Gürcüstan vətəndaşları Avropa ölkələrinə səyahət etməyə başladılar. Gürcüstan vətəndaşları 180 gün zaman kəsimində 90 gün müddətinə Avropa İttifaqına vizasız gedə bilərlər.

Məsələn: 180 gün ərzində Gürcüstan vətəndaşları Avropa ölkələrində 90 gün qala bilərlər. Bu müddət başa çatdıqdan sonra 180 gün ərzində Avropaya səyahət edə bilməzlər. Viza rejiminin ləğvi qısa müddətli (90 günədək) səfərlər üçün nəzərdə tutulur. O, biometrik pasport sahiblərinə şamil edilir.

Print Email
FaceBook Twitter Google