Melorasiya Xidməti "Qara Arx"ın təmizlənməsini 21 oktyabrda planlaşdırır (VİDEO)
“Qara arx “ adlanan su kanalının Marneuli şəhəri Jordaniya küçəsi ərazisindən keçən hissəsində anti-sanitar vəziyyəti açıq-aydın görmək mümkündür. Jordaniya küçəsində ilk olaraq su kanalının ətrafına səpələnmiş eləcə də kanalın daxilində olan məişət tullantılarını görmək olur.

Marneulinin digər küçələrindən də sakinlər tərəfindən kanala atılan zibil yığılaraq xoşagəlməz görüntü və üfunətli qoxunun yaranmasına səbəb olur. Bu vəziyyət xüsusən də azyaşlı uşaqlarda xəstəliyin yaranması üçün təhlükə mənbəyidir.


“Qara arx” da yaranan anti-sanitar görüntünün aradan qaldırlıb-qaldırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Gürcüstan Melorasiya xidməti ilə əlaqə saxladıq.

“Gürcüstan Melorasiyasının” Kvemo Kartli üzrə Regional Xidmətinin rəhbəri Davit Kikolaşvili "Marneuli" radiosu ilə söhbət söhbəti zamanı qeyd etdi ki, konkret problem haqda onların məlumatları yoxdur. Amma arxların təmizlənməsi isə əhalinin müraciəti əsasında olur.

“Biz əhali məktublar müraciət edən kimi davamlı olaraq reaksiya göstəririk. Bu konkret halla bağlı əlavə müraciətə ehtiyac yoxdur, çünki artıq problem haqqında məlumat aldıq. Bu gün həmin yer nəzərdən keçiriləcək, dəyərləndiriləcək ki, hansı səviyyədə işlər aparılmalı olduğu müəyyənləşdirilsin”, - Davit Kikolaşvili dedi.

Davit Kikolaşvilinin sözlərinə görə kanal bazar ertəsi günü təmizlənəcək.

Print Email
FaceBook Twitter Google