Marneulinin 5 saylı ictimai məktəbinin şagirdlərinə həddi-büluğa çatmamış şəxslərin hüquqları haqqında təlim keçirilib

Bu gün, 8 noyabr tarixində Marneulinin 5 saylı ictimai məktəbində həddi-büluğa çatmamış şəxslərin hüquqları haqqında təlim keçirilib.



Məktəbin yekun sinif şagirdlərinə təlimi hüquq ofisseri Qiorqi Burduli keçib. Təlimçi hüquq ofisserlərinin funksiya-öhdəliklərini və həddi-büluğa çatmamış şəxslərin hüquqları haqqında danışıb.

Görüşü eko klub “Ekotin” Niko Ketsxovelinin məktəb mükafatı 2020-nin çərçivəsində keçirilib. Bizimlə söhbət zamanı eko klub “Ekotin”in üzvü Qiorqi Kavteladze deyir ki, Təlimin əsas məqsədi BMT-nin 17 məqsədi haqqında gənclərə məlumat verməkdir.

“Layihə çərçivəsində ən geniş miqyaslı fəallıq enerji effektli istixanaların işlədilməsinin test layihəsidir. Bu məqsədə nail olmaq üçün biz Mtsxeta-Mtianetinin İnkişaf Departamenti ilə əməkdaşlıq edirik və yardım göstəririk ki, ağacların kəsilməsini 50% azaldan, mövcud enerji effektli istixanalar yenidən çalışsın”, - Qiorqi Kavteladze deyir.

Kavteladzenin sözlərinə görə, indiki mərhələdə eko klubun nümayəndələri Polşa səfirliyindən cavab gözləyirlər və bundan sonra Ekoloji Araşdırma İnstitutunun nümayəndəsi Marneulinin başqa məktəbində də təlimlər keçəcək.

Niko Ketsxovelinin məktəb mükafatı 2020 layihəsi Gürcüstanda 2015-ci ildən həyata keçirilir. İndiki mərhələdə layihəyə 1 000-ə qədər məktəb qoşulub, onlar arasında Qali bələdiyyəsinin məktəbləri də var.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər