Appelasiya Məhkəməsi Marneulili fəalın qardaşını iş yerinə geri qaytarıb
Bir
neçə ay əvvəl praktiki olaraq işini itirən Marneulili fəal Qiorqi
Mumladzenin qardaşı Manuçar Mumladzeni Apellasiya Məhkəməsi geri
işinə qaytarıb.
Qiorqi Mumladze bu haqda məlumatı öz Facebook
səhifəsində yayımlayıb.
Manuçar Mumladze 12 ildir davamlı şəkildə Qırmızı Körpü İdarəsində
sərhədçi olaraq çalışıb. Onu işindən azad edərək Mestiya İdarəsinə
təyin ediblər.
Qiorqi Mumladze qardaşının Marneulidən Mestiyaya keçirilməsini 20
iyun hadisələrində özünün fəal iştirak etməsi ilə əlaqələndirir.
Qiorqi Mumladzenin sözlərinə görə Mestiya İdarəsinə keçirilmək
faktiki olaraq işsiz qalmaq deməkdir, çünki orada qaldığı halda
verdikləri əmək haqqı yarıya bölünür. Qiorqi Mumladze “Marneuli”
radiosuna verdiyi müsahibəsində bildirir ki, ədalət uğrunda
mübarizəyə bir neçə ay bundan əvvəl başlayıblar.
“Real olaraq biz aktın dayandırılmasını tələb edirdik.
Mənim qardaşımın bir yerdən digər yerə keçirilməsi ilə bağlı
sərəncamı Appelasiya Məhkəməsi iş müzakirə olunana qədər
dayandırdı. Appelasiya müzakirə apardı və dedi ki, akt qeyri-qanuni
olaraq verilib və verildiyi şəxsə zərər vurur”, –
Qiorqi Mumladze deyir və bildirir ki, bir neçə günə sərhəd polisi
Manuçar Mumladzenin ilk iş yerinə qayıtmasını təmin edəcək.
Manuçarın Mestiyaya keçirilməsini 1 avqustda biliblər. Manuçar
Mumladze Mestiya İdarəsində artıq üç aydır ki, çalışır.