“İdman məktəbində qrupların məşq
prosesinin keçirilməməsinin davamlı xarakter daşıması, məşqçilər və
qrupların sayının sünii şəkildə artırılması riski
var”, – Marneuli bələdiyyəsinin 2017-2018-ci illərin
büdcəsi ilə nəzərə alınmış proqramların uyğunsuzluğu haqqında Audit
Xidmətinin hesabatında qeyd olunub.
Audit Xidməti 2019-cu ilin aprel ayında, təsadüflük prinsipi ilə,
Marneulinin “İdman məktəbinin” bir neçə qrupunda yoxlayış keçirib.
Yoxlayış nəticəsində Audit Xidməti “İdman məktəbi”nin fəaliyyətində
bəzi uyğunsuzluqlar aşkarlanıb.
19 aprel tarixində İdman məktəbinin zalında eyni zamanda 5
məşqçinin rəhbərliyi ilə, cüdo üzrə 5 qrupun məşqi keçirilməli idi,
ancaq zalda yalnız bir qrup var idi.
“Məsuliyyətli şəxsin izahatına görə, iki məşqçi Tbilisi
şəhərində yarışlarda idi, ikisinə isə məşqi keçirmədiyinə görə
şifahi xəbərdarlıq verilib. Bundan əlavə zalın sahəsindən dolayı
Audit qrupunun fikrincə 5 qrupun eyni zamanda məşq edə bilməməsi
riski var”, – Dövlət Audit Xidmətinin hesabatında
qeyd olunub.
Auditin hesabatında başqa pozuntulardan söhbət gedir. Məsələn, 17
və 19 aprel tarixlərində Marneulinin mərkəzi stadionunda 4 futbol
komandasının məşqi keçirilməli idi, amma heç biri keçirilməyib. 17
apreldə Didi Dioqnisi kəndində oxatanlar qrupunun məşqi
keçirilməyib. Məsuliyyətli şəxsin izahatına görə, məşq şifahi
razılaşma əsasında başqa günə keçirildiyinə görə baş tutmayıb.
Həmin gün bədii gimnastika məşqlərində 30 uşaq əvəzinə 3 uşaq
iştirak edirmiş.
Bizimlə söhbət zamanı Marneuli “İdman məktəbinin” direktoru İaqo
Naveriani bildirir ki, Audit Xidməti 2017-2018-ci ilin
göstəriciləri ilə bağlı araşdırmaya başlayıb və buna görə İdman
məktəbi onlara 2018-ci ilin məşqlərinin cədvəlini göndərib.
“2018-ci ilin sənədlərini istədilər və məşqlərin keçirilməsi ilə
bağlı 2018-ci ilin cədvəlini verdik, düşündüm ki, bu ili yoxlamaq
istəyirlər. Onlar 2018-ci ilin qrafiki ilə 2019-cu ilə gəliblər, bu
da ki, əlbəttə uyğun gəlməyəcək”, – İaqo Naveriani
deyir.
Auditə əsasən İdman məktəbində 19 növ üzrə 56 qrup açılıb və 55
məşqçi işlə təmin olunub, 1 902 yetirmə məşq edir.
İdman məktəbinə 2017-2018-ci illərdə Marneuli bələdiyyəsi
tərəfindən subsidiya olaraq 2 026 200 lari verilib və bu deməkdir
ki, bələdiyyə tərəfindən “Marneuli İdman Məktəbi”nin fəaliyyəti ilə
bağlı müvafiq nəzarət mexanizmləri təyin
olunmayıb.
"Marneuli" Radiosu