Marneulidə 7-ci sinif şagirdini maşın vurub
Marneulidə 3 saylı
ictimai məktəb yaxınlığında 7-ci sinif şagirdini maşın
vurub.
Həmin məktəbin mandatur xidmətinin əməkdaşının “Marneuli” radiosuna
verdiyi məlumata görə, şagird ikinci növbədə oxuyurmuş və maşın onu
məktəbə gələrkən vurub.
Zərərçəkən Marneulidə yerləşən “Aversi” klinikasına yerləşdirilib.
Klinikadan “Marneuli” radiosuna verilən məlumata görə, müayinələr
davam edir və ilkin baxış zamanı onun həyatı üçün təhlükəli
əlamətlər aşkarlanmayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Faktla bağlı
Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi ilə istintaq
aparılır. Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti və ya
istismarı qaydalarının insan sağlamlığına qismən ağır xəsarət
vurulması ilə nəticələnən pozulmasını nəzərdə
tutur.
"Marneuli" radiosu