Tsitelsopelidə üç aydan artıqdır ki, zərərli maddələrlə dolu hava udmalı olurlar

Marneuli bələdiyyəsində, Tsitelsopelidə, əhali sağlamlıq üçün zərərli olan tullantıları evlərin qarşısına atır.

Bu haqda məlumatı İctimai Yayımçının “Axali Kvira” verlişi yayımlayıb.

11 iyul tarixində Marneulidə baş verən güclü təbii fəlakət nəticəsində Tsitelsopeli və daha bir neçə kənddə 391 evin dam örtüyünə zərər dəyib.

Gürcüstan hökuməti həmin ailələr üçün dam örtüyü materialı almağa 1 200 000 lari ayırdı. Əhaliyə dam örtüyü üçün materiallar verdilər, amma onlara evlərin dam örtüyünü dəyişməkdə heç kim kömək etməyib.

Tsitelsopelidə evlərin əksəriyyətinin dam örtüyü asbestdən hazırlanmışdı. Qeyd olunan material isə sağlamlıq üçün təhlükəlidir və onun açıq qaydada atılması qadağandır. “Axali Kvira” ilə söhbətində Əmək, Tibb və Ekologiya İnstitutunun profilaktik texnologiyaları Departamentinin rəhbəri İnqa Gvineria deyir ki, asbestdən olan dam örtüyünün sökülməsi zamanı asbestin liflərini ayırarkən orqanizmə düşdüyü halda bədxassəli şişlərin yaranmasına səbəb olur.

“Marneuli” radiosuna meriyanın ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, dam örtüklərinin dəyişdirilməsinə başlanıldıqda bələdiyyə Tsitelsopelidən 14 maşın asbest tullantısı daşıyıb. Meriya tullantıların daşınması işlərini Ətraf Mühitin Mühafizəsi Nazirliyinə əsasən dayandırıb.

“Marneuli” radiosuna Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Marneuli bələdiyyəsi tərəfindən nazirliyə bununla bağlı məktub artıq göndərilib.

“Biz bu mövzu üzərində çalışırıq, məktubda ətraflı qeyd olunub ki, onun zibilliyə yerləşdirilməsi necə həyata keçiriləcək. Tullantılar mütləq su daxil olmayan amterialla qablaşdırılmalıdır ki, toz bayıra çıxmasın. Əgər asbesti sındırıb yaxud kəsərlərsə vətəndaş həmin tozu udmamalıdır”, - Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliyindən bildirirlər.

İndiki mərhələdə Marneuli bələdiyyəsinin özünüidarəetməsi və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliyindən 3 ay ərzində zərərli maddələr daşıyan tullantıların evlərdən niyə daşınmaması ilə bağlı məlumat vermirlər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər