Marneulinin keçmiş meri idman zalında (+video)
Marneulinin keçmiş meri Temur Abazov “Youtube”-də növbəti məşq videosunu yayımlayıb.

Videodan onun idman zalında necə məşq etdiyi görünür.



“Nə qədər çox çalışsan, daha çox bacararsan”, - Abazov öz Facebook səhifəsində yazıb.



Qeyri-insani rəftarda ittiham olunan keçmiş mer bir neçə həftədir ki, Gürcüstanın Ateltika Federasiyasının vitse-prezidenti olub.

Temur Abazov 2017-ci ildə özünüidarəetmə seçkilərində Marneulinin meri olub. O, səkkiz ay ərzində mer vəzifəsini tutub.

14 iyunda Prokurorluq onu Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani rəftarda və nalayiq hərəkətdə ittiham edib. Abazov girov qarşılığında azad olunub. Onun işi ilə bağlı istintaq prosesi hələ də bitməyib.

Print Email
FaceBook Twitter Google