Marneuli Bələdiyyə Məclisi 2020-ci ildə 2019-cu illə müqayisədə 18 ton daha az yanacaq istifadə edəcək
Marneuli Bələdiyyə Məclisi 2020-ci ildə 2019-cu illə müqayisədə 18 ton daha az yanacaq istifadə edəcək. Bu barədə Marneuli Bələdiyyə Məclisinin bu gün, 11 dekabr tarixində baş tutmuş iclasında məlumat verilib.

Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridzenin iclasda bildirdiyinə görə, Dövlət Audit Xidmətinin iradlarından birinin yanacaqla bağlı olmasından irəli gələrək Marneuli Bələdiyyə Məclisi yanacaq limitini azaltmağa qərar verib.

Qeyd edək ki, yanacağın limitinin azaldılması yalnız Bələdiyyə Məclisinə aiddir, meriyada isə olduğu kimi qalacaq.

Xatırladırıq ki, Marneuli bələdiyyəsinin 2017-2018-ci il büdcəsi ilə nəzərdə tutulmuş proqramların uyğunsuzluğu ilə bağlı audit hesabatına görə, Marneuli meriyasının əməkdaşları xidməti vəzifələrinin yerinə yetirilməsi üçün nəzərdə tutulan yanacağı məqsədəuyğun şəkildə istifadə etməyiblər.

2017-2018-ci illərdə əməkdaşlar məzuniyyətdə olduğu günlərdə 9000 litrə qədər yanacaq sərf olunub. Bunun 3700 litri Marneuli bələdiyyəsindən kənarda – Tbilisi, Telavi, Zestafoni, Zuqdidi, Çakvi, Batumi və.s. yerlərdə istifadə olunub.

Audit Xidməti Bələdiyyə Məclisinə meriya ilə razılaşdıraraq, tədbirlilik prinsipini nəzərə alaraq bələdiyyə avtoparkının yenidən bölgüsü, həmçinin yanacaq bölgüsü və xərclənməsi ilə bağlı Gürcüstan hakimiyyətinin sərəncamı ilə müəyyən olunmuş prinsiplərə əsaslanan qaydalar hazırlamağı tövsiyə edib.

Print Email
FaceBook Twitter Google