Azərbaycanın Gürcüstandakı səfirliyinin işçisinin yaratdığı qalmaqala görə müğənnilər polis çağırmalı oldular
Marneulili müğənni
Anar Əsgərovun və Afiq Novruzovun Köhnə Yeni il münasibəti ilə
təşkil etdikləri konsert proqramında qalmaqal
yaşanıb.
Tbilisi şəhərində "Qəbələ Səbəti" restoranında baş tutan konsert
proqramında yaşanan qalmaqalla bağlı Anar Əsgərov və reper Afiq
Novruzov video paylaşım ediblər.
"Dünən hər zaman olduğu kimi Qəbələ Səbətində çıxış
edirdik, bir sıra qonaqlar var idi orada. Azərbaycan Səfirliyinin
adamları da var idi. 20-yə yaxın adam gəlmişdi. Onlar üçün ifalar
etdik, cənab prezident İlham Əliyevə yazdığımız ifanı səsləndirdik,
Anar Türkün Bayrağı ifasını etdi. Aralarından bir dənə Azərbaycan
Səfirliyində işləyən belə bir harınlamış məmur, deyilənə görə baş
katibdir bilmirəm. Bu harınlamış məmur gəldi Anara və mənə lazım
olmayan sözlər dedi, təhqir etdi, əl-qol atdı. Deyirlər içkili idi
heç maraqlı deil, fərq etməz. Bizə hücum etdilər sonra orada
olanlar polis çağırdılar. Çoxlu sayda polis gəldi, patrul gəldi,
kriminal polis gəldi. Adını Vüqar deyirlər bilmirik, bizə və
qonaqlara ağzına gələni dedi. Nəinki bizə Azərbaycandan Türkiyədən
gələn qonaqları təhqir etdi, ağzına gələni dedi. Biz o Səs
Türkiyəyə gedəndə, başqa ölkəyə gedəndə Azərbaycanın adını çəkirik.
Bu insan isə nə o, qonaqları nə polisləri saymadı. Qonaqlarımızı
biabır etdilər. Mən burada olan Səfirdən, Cənab Dursun müəllimdən
xahiş edirəm belə insanları işdən uzaqlaşdırsınlar. Bu gün bizə
etdilər bu hərəkəti sabah isə sizə edəcəklər. Biz hər zaman cənab
İlham Əliyevə dəstək olmuşuq, Azərbaycanla fəxr etmişik bu gün nəyə
görə bizə qarşı bu hörmətsizlik oldu başa düşə
bilmirik", - Afiq Novruzov dedi.
Afiq Novruzov daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun
Həsənovun məsələ ilə maraqlanmasını və həmin şəxsin işdən
atılmasını xahiş etdi.
Həmin videonu sizə təqdim edirik.