"Əhalini sosial və infrastruktur məsələləri narahat edir", – Marneulinin meri Qaçağan sakinləri ilə görüşüb

Marneulinin meri Zaur Darğallı Qaçağan ərazi vahidliyində əhali ilə görüşüb. Qəbul İctimai Mərkəzin binasında saat 10:00-da başlayıb.

Yerli sakinlər səhərdən növbədə durublar və deyirlər ki, mer tərəfindən belə görüşün keçirilməsi onlar üçün vacibdir.

Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd edib ki, bu kimi görüşlər əhali ilə ünsiyyəti asanlaşdırmaq, onların ehtiyacını yerində öyrənmək və vaxtında reaksiya göstərmək məqsədi ilə keçirilir.

“Əsasən əhalini sosial və infrastruktur məsələləri narahat edir ki, bu bizim üçün vacibdir. Bəzilərini birdəfəlik sosial yardım, bəzilərini isə dam örtükləri və yollara çınqıl tökülməsi və.s kimi məsələlər maraqlandırır. Belə ünsiyyət qurmaq bizə imkan yaradır ki, yerlərdə vəziyyətlə bağlı daha çox məlumatımız olsun və biz bu istiqamətdə çalışmağa davam edək. Bütün ərazi vahidlərinə gedəcəyik, bütün kəndlərə baş çəkəcəyik ki, ehtiyaclara vaxtında reaksiya göstərilsin”, – Zaur Darğallı deyir.

Qaçağan ərazi birliyində görüş 16 yanvarda saat 16:00-a qədər davam edəcək.

 

Print Email
FaceBook Twitter Google