Marneuli bələdiyyəsi əməkdaşlarına 726 952 lari pul mükafatı verilib
Marneuli meriyasının
əməkdaşları 2019-cu ildə mükafat qismində 219 450 lari
alıblar.
Marneuli meriyasından
tələb olunmuş ictimai məlumatda qeyd olunub ki, meriyada 188
əməkdaş mükafat alıb.
Bundan başqa bələdiyyə nəzdindəki təşkilat və MMC əməkdaşları da
mükafat alıblar.
Bələdiyyə nəzdindəki təşkilat və MMC-lərin 754 əməkdaşına
ümumilikdə 507 502 lari mükafat verilib. Buradan Marneuli
Mədəniyyət, Klub, Kitabxana və Muzey Birliyinin 83 əməkdaşı
ümumilikdə 37 519 lari, Marneuli İdman Məktəbinin 72 əməkdaşı
ümumilikdə 54 897 lari, Marneuli Xəstəliklərə Nəzarət və İctimai
Səhiyyə Mərkəzinin 18 əməkdaşı ümumilikdə 13 384 lari, Marneuli
Uşaq Bağçaları Birliyinin 314 əməkdaşı ümumilikdə 245 930 lari,
Təmiz Marneulinin 125 əməkdaşı ümumilikdə 106 157 lari, “Marneuli
Kənd Suları” (Soptskali) MMC-nin85 əməkdaşı ümumilikdə 20 455 lari,
Marneuli Üzvi Tullantıların Emalı Müəssisəsinin 4 əməkdaşı
ümumilikdə 1 010 lari və Marneuli Avtoparkının 53 əməkdaşı
ümumilikdə 28 150 lari mükafat alıb.
2019-cu il ərzində bələdiyyə büdcəsindən meriya, bələdiyyə
nəzdindəki təşkilat və MMC-lərin əməkdaşlarına pul mükafatının
verilməsi üçün 726 952 lari xərclənib.