“Biz arxitektorlarla danışıqlar aparırıq ki, bu problem həll olunsun” – Marneuli meri meriyanın adaptasiya olunmamış binası ilə bağlı
Marneuli meriyasının
binası fiziki imkanları məhdud şəxslər üçün
uyğunlaşdırılmayıb.
Əlil arabası ilə
hərəkət edən şəxslər binanın yalnız birinci mərtəbəsinə daxil ola
bilirlər. Əlil arabasından istifadə edən şəxslər meriyanın xidmət
və şöbələrinin əksəriyyətinin yerləşdiyi və Bələdiyyə Məclisinin
iclaslarının keçirildiyi ikinci və üçüncü mərtəbələrdə çıxa
bilmirlər, çünki bələdiyyə binasında nə pandus, nə də lift var.
Marneuli meri bu gün, 17 yanvarda bələdiyyənin 2020-ci il sosial
proqramlarını təqdim edib. Mer görüşdə fiziki imkanları məhdud
şəxslər üçün müxtəlif xidmətlərin təqdim olunmasından danışıb.
“Marneuli” radiosunun meriyanın binasının fiziki imkanları məhdud
şəxslər üçün uyğunlaşdırlmaması ilə bağlı sualına mer cavab verib
ki, onlar bu məsələ ilə bağlı düşünürlər.
“Binaların infrastrukturu illər əvvəl qurulub, bu
quruluş fiziki imkanları məhdud şəxslərin ikinci mərtəbəyə
çıxmasına imkan vermir. Biz arxitektorlarla danışıqlar aparırıq ki,
bu problem həll olunsun”, – Zaur Darğallı
bildirib.
Marneuli meri onu da qeyd edib ki, yeni tikilmiş və tikintidə olan
binalar fiziki imkanları məhdud şəxslər üçün tam
uyğunlaşdırılacaq.
Bələdiyyənin 2020-ci ilin sosial proqramlarının təqdimatı Marneuli
kitabxanasında baş tutub, çünki meriyanın binasında olan bütün
konfrans və iclas zalları ikinci və üçüncü mərtəbələrdə
yerləşir.