EMC Xixanidə mövcud olan problemlərin həlli üçün Gürcüstan hökumətinə və Marneuli meriyasına müraciət edəcək

İnsan Hüquqlarının Tədrisi və Monitorinqi Mərkəzi (EMC) qeyri hökumət təşkilatı Marneuli bələdiyyəsinin Xixani kəndində mövcud olan problemlərin həlli üçün Marneuli meriyasına və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə müraciət edəcək.



EMC-nin məktubunda qeyd olunduğuna görə, əhali kənd təsərrüfatı torpaq sahələrini qeydiyyatdan keçirməyib və buna görə də əhali yeganə gəlir mənbəyi olan kənd təsərrüfatından kənar qalır. Kənddə eləcə də suvarma və içməli su sistemləri və ekoloji vəziyyət də problemlidir.

Xixani sakini Nana Qabaidze “Marneuli” radiosu ilə söhbət zamanı deyir ki, kəndə borular çəkilməsinə baxmayaraq, əhali hələ də içməli su problemindən əziyyət çəkir.

“Bizə su nasosu ilə çəkilmiş suyu qrafiklə verirlər və həmin su Xramdan gəlir, amma bu su yetərli deyil. Xram suyundan əsasən paltar yumaq üçün istifadə edirik. İçmək üçün isə dağ suyundan istifadə edirik. Bu su hovuzlara yığılır, kənddə üç yerdə gəlir”, – Nana Qabaidze deyir.

Gürcüstanın Melorasiya Xidmətindən “Marneuli” radiosuna bildirirlər ki, kənddə suvarma suyu sisteminin qurulması bu il planlaşdırılır. Kəndin ətrafında olan antisanitariya vəziyyəti və ətraf mühitin çirklənməsi ilə bağlı isə Marneuli meriyasından bildirirlər ki, indiki mərhələdə kəndə zibil qutularının qoyulması planlaşdırılmır.

EMC kənddə mövcud olan problemlərin həlli məqsədi ilə Gürcüstan hökumətinə və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə də müraciət edib və tələb edib ki, Xixani kəndində yaşayan ekomiqrantların ağır sosial-iqtisadi şəraitini nəzərə alsınlar və bu ailələr üçün kəndin ətrafında yerləşəm, dövlət əmlakı olan kənd təsərrüfatı torpaq sahələrinin adekvat şəraitdə verilməsini təmin etsinlər.

“Əhali illərdir ki, dövlət strukturlarının biganəliyi ilə qarşılaşır ki, bu da onların sosial ümidsizliyini daha da dərinləşdirir. Bu səbəblərdən irəli gələrək buraya köçürülmüş ailələrin bir hissəsi yenə də geriyə, Dağlıq Acarıstana qayıdır”, – EMC-nin müraciətində qeyd olunub.

Ekomiqrantların yüksək Dağlıq Acarıstandan Xixani kəndinə köçürülməsinə 1990-cı ildə başlanılıb və proses hələ də davam edir.

 

Print Email
FaceBook Twitter Google