Qasımlı Gənclər Mərkəzində şagirdlərin kompüter və printerə ehtiyacları var
Qasımlı Gənclər Mərkəzi artıq 3 ildir ki, fəaliyyət göstərir.
Mərkəz daha əvvəl başqa binada fəaliyyətinə başlasa da, hal-hazırda mərkəzin təşəbbüskarı Arzu Bayramovanın evinin qarajında fəaliyyətini davam etdirir.

Gənclər Mərkəzinin 62 nəfəri fəal olmaqla ümumilikdə 160 nəfər üzvü var. Gənclər mərkəzinin təsisçisi Arzu Bayramovanın sözlərinə görə, mərkəzdə iştirak edən şagirdlərə əsasən təlimlər və seminarlar keçilir. O, deyir ki, təlim və seminarlar əsasən gürcü dilində keçirilir. Buna səbəb şagirdlərdə dövlət dilinə olan marağı artırmaqdır.

“Daha çox gürcü dilində praktiki seminarlarımız olur və məqsədimiz şagirdlərin dilə olan marağını yüksəltməkdir”, – Arzu Bayramova dedi.

A.Bayramova bildirdi ki, hazırda mərkəz olaraq fəaliyyət göstərən qarajda təmir işləri gedir və mərkəzdə proyeksiya aparatı, kompüter və printerə ehtiyac duyulur.

Qeyd edək ki, İlia Dövlət Universitetinin müəllimi mərkəzin ehtiyacının bir hissəsini qarşılayaraq proyeksiya aparatı hədiyyə edib. İndi şagirdlərin təhsil ala bilməsi üçün mərkəzdə yalnız kompüter və printerə ehtiyac var.

Ehtiyacların qarşılanması üçün ümumilikdə 2500 lari lazımdır

Printer - 800 lari
Kompüter -1200 lari
Proyeksiya aparatı - 500 lari

Qasımlı Gənclər Mərkəzinə dəstək olmaq istəyənlər məbləği bu hesab nömrəsinə köçürə bilərlər: GE23TB7156945061200003


Print Email
FaceBook Twitter Google